"Qarabağ" tanınmış idman institutu ilə əməkdaşlığa başladı

16:10 - 22 Noyabr 2023

"Qarabağ" ilə dünyanın tanınmış idman institutlarından olan "Johan Cruyff Institute" arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.

Sportal.az xəbər verir ki, müqaviləyə əsasən, klubun Əməliyyatlar departamentinin rəhbəri Fərid Ağayev və PR & Marketinq departamentinin rəhbəri Yusif Cəfərov "Johan Cruyff Institute"da təhsil alacaqlar.

Xatırladaq ki, "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev də "Johan Cruyff Institute"da təhsilini davam etdirir.

Müqavilə şərtlərinə əsasən, klubun əməkdaşları və futbolçuları idman sahəsində təcrübələrini və təhsillərini artırmaq imkanı əldə edəcəklər.

Xəbər xətti