"Qarabağ"ın Norveçə səfər planı məlum oldu

12:37 - 23 Noyabr 2023

"Qarabağ" Avropa Liqası qrup mərhələsinin 5-ci turu çərçivəsində səfərdə "Molde"nin qonağı olacaq.

Sportal.az xəbər verir ki. Ağdam təmsilçisinin Norveçə səfər planı müəyyənləşib. Komanda matçdan bir gün əvvəl - noyabrın 29-da səəhər saatlarında Skandinviya ölkəsinə yola düşəcək.

Azərbaycan çempionu qarşılaşma başa çatdıqdan dərhal sonra Bakıya qayıdacaq.

Qeyd edək ki, "Molde" - "qarabağ" qarşılaşması 30 noyabr tarixində Bakı vaxtilə saat 00:00-da start götürəcək.

Xəbər xətti