"Qarabağ"ın müdafiəçisi: "Molde" ilə oyuna üç xal üçün çıxacağıq"

10:14 - 30 Noyabr 2023

"Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyev Sportal.az saytına açıqlama verib.

Ağdam klubunun futbolçusu Avropa Liqasının 5-ci turunda "Molde"yə qarşı keçiriləcək görüşdən gözləntisini bölüşüb: 

"Həmişə yaxşı oyun göstərməyə və qələbə qazanmağa çalışırıq. “Molde” ilə oyuna da üç xal üçün çıxacağıq. Təbii ki, asan səfər olmadığını bilirik. Anlayırıq ki, bizi ağır oyun gözləyir. Hava şəraiti və meydançanın süni örtüklü olması bizə çətinlik yarada bilər. Molde səfərinə bir gün əvvəl gəlməyimiz? Əslində, belə səfərlərimiz də olub. Birinci dəfə deyil. Əlimizdən gələni edəcəyik ki, bu kimi şeylər çətinlik yaratmasın".

Mirbağırağa

Xəbər xətti