Bədavi Hüseynov: "Meydana qələbə üçün çıxacağıq"

12:45 - 30 Noyabr 2023

"Sabah"la görüşdən sonra hazırlaşdıq, səhvlərimiz üzərində çalışdıq. Komandada yaxşı əhval-ruhiyyə var. "Molde”nin gücünü bilirik bilirik. Oyuna hazırlaşmışıq. Ümidvaram ki, düşündüklərimizin meydanda edəcəyik".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov deyib. 

O, komandasının Avropa Liqasının 5-ci turunun "Molde" ilə oyunundan gözləntilərini bildirib:

"Molde" ilə ilk turda üz-üzə gəlmişdik. Onlar son vaxtlar çox yaxşı çıxış edirlər. Son iki matçı da qalib gəliblər. Hətta rəqib qapısı qarşısında çoxlu qol epizodları yaradıblar. "Molde" yaxşı mənada, çox dəyişib. Çətin oyun olacaq. İstəyirik ki, meydanda dominantlıq edək. Necə alınacağını görəcəyik. İlk matçdakı kimi uğurlu oynamağa çalışacağıq. İnanıram ki, alınacaq".

Hüseynov, bu matçda "Qarabağ"ı bir xalın da qane edə biləcəyini bildirib: "Düzdür, turnir cədvəlinə baxsaq, bir xalın da müsbət sayıla biləcəyini demək olar. Amma biz bu oyunda qalib gəlmək istəyirik. Meydana da qələbə üçün çıxacağıq".

Mirbağırağa

Xəbər xətti