Derbi öncəsi "Beşiktaş"a sevindirici xəbər

11:32 - 5 Dekabr 2023

"Beşiktaş" Türkiyə Super Liqasının 15-ci turu çərçivəsində doğma meydanda "Fənərbaxça"nı qəbul edəcək.

Sportal.az xəbər verir ki, "qara qartallar"a İstanbul derbisi öncəsi zədəli futbolçulardan sevindirici xəbər gəlib.

Erik Bayi, Artur Masuaku, Milot Raşitsa və Jan Onana zədələrini sağaldıb və kollektivlə birlikdə məşqlərə qoşulacaq. Valentin Rozyer və Raşid Qezzalda isə durum fərqlidir. Hər iki oyunçu vacib matçda komandaya kömək edə bilməyəcək.

Qeyd edək ki, "Beşiktaş" - "Fənərbaxça" qarşılaşması 9 dekabr tarixində, Bakı vaxtilə saat 20:00-da baş tutacaq.

Xəbər xətti