"Beşiktaş"da şok qərar: 5 futbolçu əsas komandadan qovuldu

13:17 - 11 Dekabr 2023

Türkiyənin "Beşiktaş" klubunda radikal qərar verilib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin 5 futbolçusu əsas komandadan kənarlaşdırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futbol komandalarının koordinatoru Samet Aybabanın qərarı ilə Vensan Abubakar, Valentin Rozyer, Erik Bayi, Raşid Gezzal ilə Jan Onana heyətdən uzaqlaşdırılıb. Futbolçuların əsas komandadan kənarlaşdırılmasının səbəbinin onların performansları ilə bağlı olduğu açıqlanıb.

Xəbər xətti