Bu gün "Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsində cavab matçına çıxıb.

Sportal.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv "Linkoln"u qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matça 20:00-da start verilib. Rəqibinə 5:0 hesabı ilə qalib gələn "Qarabağ" III təsnifat mərhələsinə vəsiqə qazanıb.

"Qarabağ" ilk oyunda "Linkoln"u səfərdə 2:0 hesabı ilə məğlub etmişdi.

Çempionlar Liqası
II təsnifat mərhələsi

30 iyul
20:00 "Qarabağ" (Azərbaycan) - "Linkoln" (Cəbəllütariq) 5:0 (İkinci hissə)

Qol: Juninyo, 17, 31, 44, Yassin Benzia, 66, Leandro Andrade, 72
İlk oyun – 2:0