Bu gün UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin matçlarına start verilib.

Sportal.az xəbər verir ki, "Qarabağ" ilk görüşünə çıxıb. 

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bolqarıstanın "Ludoqores" klubunu qəbul edib. Matç rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Komandaların cavab görüşü avqustun 13-də Razqrad şəhərindəki "Ludoqores Arena"da keçiriləcək. 

20:00. “Qarabağ” (Azərbaycan) - “Ludoqores” (Bolqarıstan) 1:2
Qollar:
Juninyo, 64 - Dinis Almeyda, 54, kayo Vidal, 87

Baş hakim: Urs Şnider
Yan xətt hakimləri: Marko Zürker, Benjamin Zürker
Dördüncü hakim: Sven Volfensberger
VAR hakimləri: Fedayi San, Yohannes von Mandak 
Tofiq Bəhramov adına Respublika stadionu