“Yuventus” “Sassuolo”nun futbolçusu Darril Bakolanı transfer etmək istəyir.
Sportal.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Turin klubu 18 yaşlı yarımmüdafiəçinin transferi ilə bağlı danışıqlara başlayıb. Futbolçu Fransanın U-21 millisində çıxış edir.
Bakola ilə Premyer Liqa klubları da maraqlanır. Buna görə “Yuventus” transferi artıq yanvar ayında və ya ən gec 2027-ci ilin yayında reallaşdırmaq istəyir.
Bakolanın transferi təxminən 30 milyon avroya başa gələ bilər. Həmçinin “Yuventus” futbolçularından birinin transfer razılaşmasına daxil edilməsi də mümkündür.
saytlarin hazirlanmasi
