"Qarabağ"ın maraqlandığı iddia edilən İtaliyanın "Udineze" klubunun qapıçısı Simone Skuffetin yeni komandası bəlli olub.

 

Sportal.az xəbər verir ki, italiyalı qapıçı "Spetsiya" klubuna satın alma şərti ilə icarəyə verilib.

 

17 yaşında A Seriyasında debüt etmiş qolkiper ötən mövsümü icarə əsasında "Kasımpaşa"da keçirmişdi. İtaliyalı qapıçı "Udineze"nin yetirməsidir.