İstanbul klubu yeni baş məşqçisini açıqladı

18:50 - 28 Noyabr 2023

Türkiyənin "Kasımpaşa" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisini Samir Uğurlu çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

45 yaşlı mütəxəssislə mövsümün sonun kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Samir Uğurlu "Kasımpaşa"nın baş məşqçisi postunda dünən istefaya göndərilən Kemal Özdeşi əvəz edib.

Xəbər xətti