İsmail Kartal: "Azarkeşlərimiz narahat olmasınlar"

13:58 - 1 Dekabr 2023

"Fənərbaxça" Avropa Konfrans Liqası qrup mərhələsinin 5-ci turunda səfərdə "Norşellann"a 1:6 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, Danimarkadakı ağır məğlubiyyətdən sonra İstanbul təmsilçisinin baş məşqçisi İsmail Kartal açıqlama verib. Təcrübəli mütəxəssis azarkeşlərdən üzr istəyib:

"Çox danışılası bir şey yoxdur. "Fənərbaxça"ya yaraşmayan bir məğlubiyyətdir. Buna görə çox məyusuq. Böyük "Fənərbaxça" azarkeşlərindən üzr istəyirik. Qarşıdakı oyunlara köklənəcəyik. Azarkeşlərimiz narahat olmasınlar. Trnava "Spartak"ı ilə matçda ən yaxşı oyunumuzu göstərib qrupdan çıxacağıq".

Xəbər xətti