Yeni mövsümün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
Sportal.az xəbər verir ki, Fil Dişi Sahilindən olan yarımmüdafiəçi Adriel Ba Loua bölgə təmsilçisi ilə rəsmi müqaviləyə imza atıb.
28 yaşlı afrikalı futbolçu indiyədək "ASEK Mimosas" (Fil Dişi Sahili), "Lille B" və "Kan" (hər ikisi Fransa), Vejle (Danimarka), "Karvina", "Viktoria"(Plzen) və "Lex" kimi klublarda çıxış edib. O, ümumilikdə 260 oyunda 26 qol vurub və 40 qol ötürməsi edib.
Ba Loua həmçinin Fil Dişi Sahilinin U-16 və U-20 yığmalarının heyətində də oynayıb.
Qeyd edək ki, “Qəbələ” daha öncə Prins Ovusu,Paulo Kimbila və İsaak Amoanı heyətinə qatıb.
saytlarin hazirlanmasi