"Qarabağ" İspaniyanın Marbelya bölgəsində təşkil olunan hazırlığı yekunlaşdırıb.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi Çempionlar Liqası I təsnifat mərhələsinin "Linkoln"la oyunu üçün Cəbəllütariqə yola düşüb.

Qeyd edək ki, "Linkoln" - "Qarabağ" matçı 11 iyul tarixində Bakı vaxtilə saat 19:30-da start götürəcək. Komandalar arasında cavab görüşü isə iyulun 19-da Bakıda baş tutacaq.