Hazırlıq matçı

 

"Qarabağ" Avstriyada təlim-məşq toplanışını davam etdirir.

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi bu gün hazırlıq prosesində ilk yoxlama matçını keçirib. "Qarabağ" yerli "Vakker İnsbruk" komandası ilə gücünü sınayıb. Qarşılaşma Avstriya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.