Dünyanın ən bahalı klublarının siyahısı açıqlanıb.

 

Sportal.az xəbər verir ki, "Mançester Yunayted"i dünyanın ən bahalı futbol klubu sayılıb. PMG auditor şirkəti apardığı araşdırma nəticəsində belə qənaətə gəlib.

 

"Qırmızı şeytanlar"a 3 milyard qiymət qoyulub. Sonrakı iki yeri 2,97 milyard avro dəyərə malik İspaniya "Real Madrid"i ilə 2,76 milyard avroluq "Barselona" tutur.

 

Qeyd edək ki, şirkət ümumilikdə 32 klubdan ibarət siyahı tutub.