Dünyanın ən yaxşı baş məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.
Sportal.az xəbər verir ki, siyahıda “Qəbələ” və “Qarabağ”ın baş məşqçiləri Roman Qriqorçuk və Qurban Qurbanovun da adları var.
Ötən cədvəldə 456-cı pillədə olan Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov 2 pillə geriləyib. Təcrübəli mütəxəssis aktivindəki 1361 xalla 457-ci yerdə qərarlaşıb.
“Qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk isə reytinqdə 1 pillə irəliləyib. Ukraynalı mütəxəssis aktivindəki 852 xalla 647-cidir.
Siyahıya isə “Real”ın çalışdırıcısı Zinəddin Zidan başçılıq edir. Onun aktivində 16948 xal var. 2-ci yerdə 14489 xalla “Barselona”dan ayrılan Luis Enrike qərarlaşıb. "Atletiko"nun baş məşqçisi Dieqo Simeone 14115 xalla 3-cüdür. “Yuventus”un baş məşqçisi Massimilyano Alleqri 11821 xalla 4-cü, “Monako”non “sükanı arxasında” olan Leonardo Jardim isə 11155 xalla 5-cidir.

Dünya məşqçilərinin yeni reytinq cədvəli açıqlandı
/
Oxşar xəbərlər
Dünya futbolu
Ronaldodan 987-ci qol - "Əl-Nəssr" Asiya Çempionlar Liqasında qələbə qazandı
Dünya futbolu
"Bu, idman ədalətinin təntənəsi və ən mühüm prinsipin təsdiqidir" - Seneqal Futbol Federasiyası çempionluq titulunun geri qaytarılması barədə
Dünya futbolu
"Yaxşı təşkilatlanmış klubda çalışmaq istəyirəm" - Konte
Dünya futbolu
"Mançester Siti"də olarkən onun əla məşqçi olacağı bəlli idi"
Dünya futbolu
Ronaldodan 986-cı qol
Dünya futbolu
"Mən həmişə onun böyük pərəstişkarı olmuşam" - Keyn Benzema haqda
Dünya futbolu
"İlin ən yaxşı məşqçisi" mükafatına namizədlər bəllidir
Dünya futbolu
