DÇ-2018-in seçmə mərhələsində milli komandamızla eyni qrupda yer alan Şimali İrlandiya yığması bu gün yoxlama oyunu keçirib. 

 

Sportal.az xəbər verir ki, Maykl O`Nilin komandası Yeni Zelandiya ilə üz-üzə gəlib. Görüş Şimali İrlandiyanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın taleyini həll edən yeganə qolu 6-cı dəqiqədə Liam Boys vurub. 

 

Xatırladaq ki, Şimali İrlandiya millisi iyunun 10-da Bakıda millimizin qonağı olacaq.