"Qarabağ" bu gündən etibarən yeni mövsümün hazırlığına başlayacaq.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırlığın ilk mərhələsi Bakıda baş tutacaq.

İyunun 22-də Ağdam klubu hazırlığın ikinci mərhələsi üçün Avstriyaya yollanacaq. Avstriya toplanışındakı rəqiblər və hazırlıq prosesinin müddəti barədə daha sonra məlumat veriləcək.