Podolski zədələndi
 
Bu gün Türkiyə Superliqasında baş tutan "Kayserispor" - "Qalatasaray" (1:1) matçında qonaqlar ciddi itki ilə üzləşib.

Sportal.az xəbər verir ki, "aslanlar"ın heyətində ulduz futbolçu Lukas Podolski matçın 55-ci dəqiqəsində zədələnərək qarşılaşmanı yarımçıq dayandırıb. Futbolçunun zədəsinin son durumuna tibbi mayinədən keçdikdən sonra aydınlıq gələcək.