Muarem də zədələndi
 
Azərbaycan kubokunun yarımfinal mərhələsində "Qarabağ" "İnter"in qonağıdır.
 
Sportal.az xəbər veri ki, Ağdam təsmilçisinin yarımmüdafiəçisi Muarem Muarem görüşün 16-cı dəqiqəsində zədələnib və oyunu davam etdirə bilməyib. Makedoniyalı futbolçunun əvəzinə meydana Reynaldo daxil olub.
 
Xatırladaq ki, "Qarabağ"ın müdafiəçisi Maksim Medvedev də oyuna dəqiqələr qalmış zədələnərək sıradan çıxmışdı.