Bugündən etibarən...
 
Mayın 25-də Azərbaycan kubokunun finalında "Neftçi" ilə qarşılaşacaq "Qarabağ" bu matçın biletlərini  satışa çıxarıb.
 
Sportal.az xəbər verir ki, biletlər bugündən etibarən Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satılır.
 
Qeyd edək ki, Ağdam təmsilçisinin azarkeşləri üçün 1-13-cü sektorlara olan biletlər nəzərdə tutulub. 1-10-cu sektorlara biletin qiyməti 1 manat, 11-12-ci sektorlara 3 manat, 13-cü sektora isə 5 manatdır.
 
Xatırladaq ki, "Qarabağ" - "Neftçi" matçı mayın 25-i saat 20:00-da start götürəcək.