Ukrayna kubokunun qalibi müəyyənləşib.
Sportal.az xəbər verir ki, final oyunda Donetsk "Şaxtyor"u ilə Kiyev "Dinamo"su üz-üzə gəlib. Qarşılaşma "Şaxtyor"un 1:0 hesablı qələbəsiylə yekunlaşıb.
Cari mövsüm Premyer Liqa çempionu olan "Şaxtyor" Ukrayna kubokunu 11-ci dəfə qazanıb. Bu göstəricidə Donetsk təmsilçisi əzəli rəqibi "Dinamo"ya da çatıb.
"Şaxtyor" 1 - 0 "Dinamo"
Qol: Marlos, 80
saytlarin hazirlanmasi