Komanda 4-5 yoxlama oyunu keçirəcək
 
Premyer Liqanın lideri "Qarabağ”ın qış hazırlıq planı bəlli olub.
 
Sportal.az xəbər verir ki, Ağdam klubu yanvarın 5-i Türkiyənin Antalya şəhərində hazırlığa start verəcək. "Qarabağ” Bələk bölgəsində yerləşən "İC Santai” otelində məskunlaşacaq.  19 gün davam edəcək hazırlıqdan sonra komanda yanvarın  24-də vətənə dönəcək.  Ağdam təmsilçisi bu müddət ərzində Antalyada  4-5 yoxlama oyunu keçirəcək.