Mini-futbol ilə məşqi başa vurublar

 

Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" hazırlıqlarını davam etdirir.

 

Sportal.az  klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda bu gün birinci məşqinə çıxıb.

 

90 dəqiqədə davam edən çalışmada yüngül fiziki yükləmlərin ardından 3 qrupa bölünən futbolçular 20 dəqiqəlik mini-futbol ilə məşqi başa vurublar.