DÇ-2018-in seçmə mərhələsində keçirilən İrandiya -  Uels (0:0) matçında ayağı qırılan Şeymus Koulman 1 il yaşıl meydanlardan uzaq qalacaq.

 

Sportal.az xəbər verir ki, bu müddətə qədər irlandiyalı futbolçusu FIFA-dan təzminat alacaq. Belə ki, dünyanın ali futbol qurumu "Everton"un üzvünün maaşını ödəmək öhdəliyini öz üzərinə götürüb.

 

Liverpul təmsilçisində həftəlik 58 min avro məvacib qazanan Koulmana bu pulu FİFA ödəyəcək.