"Neftçi”nin futbolçusu Elnur Cəfərov baş məşqçi Tərlan Əhmədovun təqdimatına əsasən əvəzedici komandaya göndərilib.

 

Sportal.az xəbər verir ki, futbolçu həmçinin klubun kodeksinə uyğun olaraq cərimə olunub.

 

Buna səbəb Elnur Cəfərovun U-21 milli komandasının heyətindəki çıxışı və sosial şəbəkələrdəki hərəkəti ilə milli komandanın və klubun ictimai nüfuzuna xələl gətirməsidir.