Tribunadan komandasına dəstək verirdi
 
"Qarabağ”ın əsas  futbolçularından sayılan Əlhərbi Əl-Jadeyauinin zədəli olmasından xəbərdarsınız.
 
Sportal.az xəbər verir ki, ayağındakı zədəyə görə, təxminən 1 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilən futbolçu hal-hazırda sərbəst yeriməyə çətinlik çəkir. Əlhərbi dünən baş tutan "Kəpəz"lə matçda tribunada komandasına dəstək verirdi.
 
Qeyd edək ki,  Əl-Jadeyaui "Qarabağ”ın məşqində zədələnib.