Filip Ozobiç: "Beşiktaş"la matçı səbrsizliklə gözləyirik"

19:13 - 9 Avqust 2023

"Neftçi"nin futbolçusu Filip Ozobiç Avropa Konfrans Liqası III təsnifat mərhələsinin "Beşiktaş"la matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.

Sportal.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi qarşılaşmanı səbrsizliklə gözlədiklərini bildirib:

"Sabahkı matçı səbrsizliklə gözləyirik. Çalışacağıq ki, yaxşı oyun nümayiş etdirək".

Qeyd edək ki, "Neftçi" - "Beşiktaş" qarşılaşması sabah saat 21:00-da "Neftçi Arena"da baş tutacaq.

Xəbər xətti