"Qarabağ"la oyun ərəfəsində "Neftçi"də 2 itki

14:50 - 28 Fevral 2024

"Neftçi" Azərbaycan Premyer Liqasının 25-ci turunda öz meydanında "Qarabağ"ı qəbul edəcək.

Klubun mətbuat xidmətindən Sportal.az saytına verilən məlumata görə, Azərbaycan derbisi ərəfəsində "ağ-qaralar"ın heyətində 2 itki var. Uzun müddətdir zədəli olan Emil Balayev və Ataa Caber "Qarabağ"a qarşı oynamayacaq.

Digər zədəli oyunçular isə artıq komandaya qoşulub və kollektivlə birlikdə məşq edir.

Qeyd edək ki, "Neftçi" - "Qarabağ" qarşılaşması 3 mart tarixində, saat 19:00-da "Neftçi Arena"da baş tutacaq.

Xəbər xətti