Hazırlıq matçı

 

Növbəti mövsümə hazırlığı davam etdirən Türkiyənin "Beşiktaş" klubu hazırlıq matçında qüvvəsini sınayıb.

 

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi Afinada Yunanıstan çempionu "Olimpiakos"la qaşılaşıb. Gərgin keçən matç meydan sahiblərinin 2- 1 hesablı qələbəsi ilə başa çatıb. Yununların qollarını Alfred və David Fuster vurub. "Beşiktaş"ın heyətində isə Nəcib Uysal fərqlənib.