"Biz mütləq qalib gəlməliydik"

 

"Rəqib topa sahib olmada bizi üstələyirdi. Ancaq düşünürəm ki, layiqli qələbə qazandıq. Bu qələbə komandamıza çox yaxşı təsir edəcək".

Sportal.az xəbər verir ki, bu fikirləri "Monako" - "Qarabağ" matçından sonra "knyazlıq" klubunun kot-d’İvuarlı futbolçusu Lasina Traore Fransa mətbuatına bildirib.

 

Oyunda vurulan yeganə qolun müəllif olan hücumçu sonra fikirlərinə bu cür davam edib:


"Biz mütləq qalib gəlməliydik. Çünki bu oyun qrupdan çıxmaq baxımından çox əhəmiyyətli idi. Sevinirik ki, bunu bacardıq. Qarşıda üç oyunumuz var. Bu görüşlərdən də maksimum nəticə qazanaraq qrupdan çıxmağa çalışacağıq".