Bir zamanlar "Real", "Bavariya" kimi klublarda çıxış etmiş Ze Roberto hazırda şərəfini qoruduğu Braziliyanın "Palmerias" klubuyla yeni müqavilə imzalayıb.

 

Sportal.az xəbər verir ki, 42 yaşlı veteran futbolçu A Seriası təmsilçisiylə sözləşməsinin müddətini 1 il daha uzadıb. İmza mərasimindən sonra danışan futbolçu "Libertadores kuboku"nu qazanmaq istədiyini bildirib:

 

"Bura transfer olduğum zaman vaxt keçirmək üçün gəlmədiyimi bildirmişdim. Uğurlu çıxış edib klubun tarixinə düşmək istəyirəm. Karyeramda yalnız "Libertadores kuboku" çatışmır. Buna görə buradayam və sona qədər mübarizə aparacam".