Bakı metrosu sabah gücləndirilmiş rejimdə işləyəcək

23:48 - 3 Oktyabr 2018

Oktyabrın 4-də Bakı Metropoliteni UEFA Avropa Liqası çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Arsenal" oyunu ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.

 

Sportal.az xəbər verir ki, bu barədə modern.az-a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. Məmmədovun sözlərinə görə, zərurət yaranacağı təqdirdə xəttə ehtiyat qatar veriləcək:

 

"Sərnişinlərin metronun "Koroğlu" stansiyasının xidmətindən tam təhlükəsiz və rahat istifadə etməsi təmin olunacaq".

 

Qurum rəsmisi qeyd edib ki, metropolitendə həmin stadionda keçirilən tədbirlərlə bağlı təsdiq olunmuş əməliyyat planı var:

 

"Bu plana uyğun olaraq, "Koroğlu" stansiyası oyuna 2 saat qalmışdan futbol matçı başa çatması ilə əsas tamaşaçı kütləsinin axını tam tənzimlənənə qədər gücləndirilmiş rejimində işləyəcək".

 

Məmmədovun sözlərinə görə, oyunla əlaqədar canlı qüvvə və texniki vasitələr də ayrılacaq: "Texniki vasitələr dedikdə, ən əsas texniki məsələ ehtiyat qatarların nəzərdə tutulmasıdır".

Xəbər xətti