Həbib Nurməhəmmədov Makqreqora qalib gəldi VİDEO

12:07 - 7 Oktyabr 2018

ABŞ-ın Las-Veqas şəhərində UFC çempionları - irlandiyalı Konor Makqreqor və Rusiyanı təmsil edən dağıstanlı Həbib Nurməhəmmədov arasında qaydasız döyüş baş tutub. 

 

Sportal.az xəbər verir ki, yüngül çəkidə çempion titulu uğrunda keçirilən "UFC 229" Nurməhəmmədovun qələbəsiylə başa çatıb. 30 yaşlı idmançı 4-cü raundda rəqibinə qarşı boğucu fənd tətbiq edib və Konor təslim olub.

 

Beləliklə, Həbib 27-ci peşəkar döyüşündə də qələbə qazanıb. Nurməhəmmədov yüngül çəkidə çempion titulunu qorumağı bacarıb.

 

Konor Makqreqor isə 25-ci döyüşündə 4-cü məğlubiyyətlə üzləşib.

 

Xəbər xətti