Farer adaları - Azərbaycan matçında hakim dəyişikliyi

18:55 - 8 Oktyabr 2018

UEFA Millətlər Liqasının 3-cü turunda keçiriləcək Farer adaları - Azərbaycan oyununun hakimlərindən biri dəyişdirilib.

 

Sportal.az xəbər verir ki, əlavə köməkçi hakim Vladislav Bezborodovu Sergey Lapoçkin əvəzləyib. Bu barədə UEFA-nın saytında qeyd edilib.

 

Qarşılaşmanın baş hakimi Aleksey Yeskov olacaq.

 

Qeyd edək ki, Torshavn şəhərindəki "Torsvollur" stadionunda keçiriləcək Farer adaları - Azərbaycan oyunu oktyabrın 11-i Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Xəbər xətti