"Dalğa Arena" təmirə bağlandı

17:46 - 31 Oktyabr 2018

AFFA-nın balansında olan "Dalğa Arena" təmirə bağlanıb.

 

Sportal.az xəbər verir ki, stadionun ot örtüyündə yenilənmə işləri aparılır. Bu səbəbdən də meydandan bir müddət istifadə edilməyəcək.

 

Qeyd edək ki, "Dalğa Arena"da "Sumqayıt"la "Zirə" meydanları təmiirdə olduğu üçün ev oyunlarını keçirirdi. Buna görə də "Zirə" 10-cu turda "Səbail"i "Bakcell Arena"da qəbul edəcək.

Xəbər xətti