Hindistan millisinin yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az federasiyanın saytına istinadən xəbər verir ki, yığmaya İqor Ştimaç rəhbərlik edəcək. Xorvatiyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

 

51 yaşlı mütəxəssis 2012-2013-cü illərdə Xorvatiya millisini çalışdırıb. Ştimaçın son iş yeri Qətərin “Əl Şahaniyə” klubu olub.