“Neftçi”ni problemli tərk edən Harramiz Soareş paytaxt təmsilçisindən ciddi təzminat məbləği almaqda israrlıdı.
Sportal.az Fubolpress.az-a istinadən xəbər verir ki, San-Tome və Prinsipidən olan futbolçu bu məqsədlə FIFA-ya şikayət ünvanlayıb. 31 yaşlı vinger “ağ-qaralar”dan müqaviləsinin nəzərdə tutulduğu qalan müddətin – ilyarımın pulunu tamamilə almaq niyyətindədi.
Bundan sonra məsələ hüquqi müstəvidə həllini tapmalıdı. FIFA futbolçunu haqlı hesab etsə, Azərbaycan klubu təzminat ödəməklə yanaşı, sanksiyaya da məruz qala bilər.
“Neftçi” keçən ilin yayında Portuqaliya “Eştoril”indən gətirdiyi oyunçu ilə müqaviləyə qışda təktərəfli qaydada xitam verib. Harramiz hazırda Pireney ölkəsində “Farense”nin formasını geyinir.

Harramiz "Neftçi"dən FIFA-ya şikayət etdi
k
Oxşar xəbərlər
Neftçi
Litva və Nepalda legioner oldu, "Neftçi"də məşqçi işləyəcək
Neftçi
"Neftçi" "Zirə" ilə oyunun hazırlığını başa vurdu
Neftçi
"Neftçi"nin futbolçuları üçün seminar keçirildi
Neftçi
"Neftçi" - "Zirə" matçının biletləri satışa çıxır
Neftçi
"Turnir cədvəlində elə yerdəyik ki, belə qollar buraxmamalıyıq" - Yuri Vernidub
Neftçi
"Neftçi" Şamaxıya yollandı
Neftçi
Yuri Vernidub akademiya məşqçiləri ilə görüş keçirdi
Neftçi
