“Neftçi”nin məşqçilər korpusuna daha bir təyinat olub.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, qapıçılar üzrə məşqçi Florin Tene ilə 2 illik müqavilə bağlanıb.
Tene 1968-ci il noyabrın 10-da Rumıniyanın Buxarest şəhərində anadan olub. 2001-ci ildə məşqçiliyə başlayıb. Rumıniya U-21 milli komandası (2002-2012) ilə yanaşı, bu ölkənin “Sportul Studentsesk” (2001-2002, 2010-2011), “Dinamo-2” (Buxarest, 2005-2006), “Proqresul” (2007-2009), “Otopen” (2009-2010), “Petrolul” (2012-2013), “Dinamo” (Buxarest, 2013), “Styaua” (2013-2014, 2015-2017), “Universitatya Krayova” (2021-2022), Səudiyyə Ərəbistanının “Əl Hilal” (2014-2015), “Əl Əhli” (2021), Bolqarıstanın “Liteks” (2015), BƏƏ-nin “Əl Vəhdə” (2017-2018) və “Əl Vəsl” (2019-2020) klublarında işləyib.53 yaşlı mütəxəssis “Əl Hilal”, “Liteks”, “Styaua”, “Əl Vəhdə”, “Əl Vəsl”, “Əl Əhli” və “Universitatya Krayova” klublarında baş məşqçi Laurentsiu Regekampf ilə birlikdə çalışıb.
Bundan əvvəl 42 yaşlı Viorel Dinu köməkçi məşqçi, 34 yaşlı Boqdan-Kornel Merişanu isə fiziki hazırlıq üzrə məşqçi vəzifəsinə təyin olunmuşdu.

"Neftçi"də yeni məşqçi - RƏSMİ
ç
Oxşar xəbərlər
Neftçi
Litva və Nepalda legioner oldu, "Neftçi"də məşqçi işləyəcək
Neftçi
"Neftçi" "Zirə" ilə oyunun hazırlığını başa vurdu
Neftçi
"Neftçi"nin futbolçuları üçün seminar keçirildi
Neftçi
"Neftçi" - "Zirə" matçının biletləri satışa çıxır
Neftçi
"Turnir cədvəlində elə yerdəyik ki, belə qollar buraxmamalıyıq" - Yuri Vernidub
Neftçi
"Neftçi" Şamaxıya yollandı
Neftçi
Yuri Vernidub akademiya məşqçiləri ilə görüş keçirdi
Neftçi
