"Kəpəz"in qapıçısı üçün əlamətdar matç

11:16 - 24 Aprel 2023

"Kəpəz"in qapıçısı Orxan Sadıqlı Premyer Liqada 150-ci oyununu keçirib. 30 yaşlı qolkiperin yubileyi “Şamaxı” ilə matça təsadüf edib. Misli Premyer Liqasının XXXI turunun görüşü 1:1 hesabı ilə başa çatıb.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, Orxan Azərbaycan çempionatları tarixinə 150 və daha çox matç keçirən 20-ci qapıçı kimi düşüb. O, bu görüşlərdə 205 top buraxıb.
Sadıqlının debütü 2012/13 mövsümündə “Xəzər Lənkəran”ın heyətində gerçəkləşib. O, “Şamaxı”, “Zirə” və “Sumqayıt”ın da formasını geyinib.

Xəbər xətti