"Kəpəz" futbolçusu Mahir Həsənovla müqavilənin müddətini uzadıb.

Sportal.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 22 yaşlı müdafiəçi ilə 3 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, Gəncə futbol məktəbinin yetirməsi olan Mahir Həsənov 2022-ci ildən "Kəpəz"də oynayır.