Popoviç zədəsinin qurbanı oldu
 
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də Bakıda İsrail, sentyabrın 8-də isə səfərdə Portuqaliya yığması ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib.
 
Sportal.az xəbər verir ki, "Sumqayıt" klubunun üzvü Andriy Popoviç zədəli olduğu üçün yığmanın heyətindən çıxarılıb.