2 illik müqavilə

 

Transfer çalışmalarını davam etdirən "Sumqayıt" Futbol Klubu növbəti futbolçunu heyətinə qatıb.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, son olaraq "Giresunspor"da çıxış etmiş Ayaz Mehdiyevlə 2 illik müqavilə imzalanıb. 22 yaşlı futbolçu 25 nömrəli formanı geyinəcək.