2 zədəli, 2 cəzalı
"İnter" Premyer Liqanın 15-ci turunda qarşılaşacağı lider "Qarabağ"la oyuna hazırlığı davam etdirir.
Sportal.az xəbər verir ki, "bankirlər" bu matça 4 itki ilə çıxacaq. Belə ki, Mirhüseyn Seyidovla Nika Kvekveskiri zədəli olduğundan, Ağdam klubuna qarşı oynaya bilməyəcək. Zurab Xizanişvili ilə Denis Silva Kruz isə sarı vərəqə cəzalısıdır.
Qeyd edək ki, "Qarabağ" - "İnter" matçı dekabrın 6-da 18:30-da start götürəcək.
saytlarin hazirlanmasi

