Qış fasiləsində 6 yoxlama matçı
 
"Sumqayıt"ın qış hazırlıq planları artıq məlumdur. 
 
Sportal.az xəbər verir ki, "kimyaçılar" yanvarın 5-də bir araya gələcək. Ayın 16-na qədər Sumqayıtda hazırlıq keçəcək sumqayıtlılar bu müddət ərzində üç yoxlama oyununda qüvvəsini sınayacaq. Rəqiblərin kimliyi hələlik məlum deyil.
 
Yanvarın 16-da isə komanda Antalyaya yollanacaq.  1 həftəlik toplanış zamanı "Sumqayıt"ın Antalyada da üç yoxlama matçı keçirməsi nəzərdə tutulub.