"Fiziki göstəriciləri yüksək olan bir komandaya qarşı oynadıq"
 
"Sumqayıt" klubunun baş məşqçisi Samir Abasov "Sumqayıt - "Voluntari" (0:0) matçından sonra matç haqda fikirlərini bildirib.
 
Sportal.az klubun rəsmi saytına istinadən sizə həmin açıqlamanı təqdim edir:
 
“Antalyada ikinci yoxlama oyunumuza çıxdıq. Fiziki göstəriciləri yüksək olan bir komandaya qarşı oynadıq. Maraqlı qarşılaşma oldu. Əvvəlki yoxlama oyununda iki heyət oynatsam da, bu qarşılaşmada cəmi 3 dəyişikliyə əl atdım. Düşünürəm ki, növbəti iki yoxlama oyunundan sonra komanda tam hazır vəziyyətə gələcək”.