Zədə ciddi deyil

 

Azərbaycan Premyer Liqasının XXI turunda AZAL-la qarşılaşacaq "İnter" zədəlisi Zurab Xizanişvilidən şad xəbər alıb.

 

Klubdan Sportal.az-a verilən məlumata görə, Xizanişvilinin zədəsi ciddi deyil. Lakin, onun AZAL-la matçda oynayıb-oynamayacağı hələlik dəqiqləşməyib.

 

Qeyd edək ki, AZAL – “İnter” qarşılaşması fevralın 13-ü saat 14:30-da keçiriləcək.