Abasovun əvəzinə...

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Kubokunun 1/4 mərhələsinin iolk oyunu çərçivəsində keçirilən “Qarabağ” – “Sumqayıt” matçı başa çatdıqdan sonra “Sumqayıt” klubunun baş məşqçisi Samir Abasov meydançaya daxil olaraq hakimlər briqadasın təhqir etdiyinə görə 5 oyun cəzalanıb.

 

Sportal.az-ın stadionda olan əməkdaşının verdiyi məlumata görə, "kimyaçılar"ı bu gün keçiriləcək cavab matçına köməkçi məşqçi Seymur Rəhimov çıxaracaq.

 

Qeyd edək ki, "Sumqayıt" - "Qarabağ" matçı saat 15:00-da start götürəcək.