Cəzalı durumdadı

 

Azərbaycan Premyer Liqasının XXXI turu çərçivəsində "Kəpəz"lə qarşılaşacaq "Sumqayıt" bu matça ciddi itki ilə çıxacaq.

 

Sportal.az xəbər verir ki, ötən gün keçirilən AZAL-la matçda sarı vərəqə alan Aleksandr Çertaqanov cəzalı duruma düşdüyündən növbəti matçı buraxmalı olacaq.

 

Qeyd edək ki, "Sumqayıt" - "Kəpəz" matçı aprelin 24-ü baş tutacaq.